1.5-6 yaş arası uşaqlar üçün

Gündə 5 dəfə qidalanma

Düzgün qidalanma uşaqların inkişafında mühüm yer tutur. Düzgün qidalanmanın əsasında təbii və keyfiyyətli qida məhsullarından hazırlanmış yeməklər, vitaminlərlə zəngin meyvə və tərəvəzlər, və əlbəttə ki, düzgün gün rejiminə əsaslanan  qidalanma durur. Kids Academy by British School Bağçası bütün bunları nəzərə alaraq övladlarınız üçün sağlam qidalardan hazırlanan menyu tərtib edir. Uşaqların sağlam qidalanması məqsədi ilə gündəlik menyuya həkim tərəfindən nəzarət edilir. Bağçada uşaqlara masa arxasında mədəni davranış qaydaları öyrədilir.

Bağçada qidalanma gün ərzində 5 dəfə nəzərdə tutulub: səhər yeməyi, qəlyanaltı, meyvə saatı, nahar və şirniyyat saatı.