3-6 yaş arası uşaqlar üçün

Şahmat

Uşaqların dünyagörüşünü  inkişaf etdirir, onlara diqqətli olmağı, fikirləşməyi, müqayisə etməyi, əvvlcədən oyununun nəticəsini görməyi öyrədir. İxtiraçılıq qabiliyyətini və qanunauyğunluq təfəkkürünü inkişaf etdirir. Uşaqlarda səbirlilik, özünü ələ almaq, dözümlülük hisslərini  artırır. Onlarda özünə tənqidlə yanaşma, sərbəst qərar vermək hissləri güclənir. Tədris həftədə iki dəfə təşkil olunur və şahmatın ilkin anlayışları, fiqurların idarə olunması həmçinin tədris zamanı bacarığı ilə fərqlənən uşaqların yarışlara cəlb olunması təmin edilir.