1.5-6 yaş arası uşaqlar üçün

Gimnastika və Yoqa

Uşaqların sağlamlığının möhkəmləndirilməsi, orqanizmin müqavimət qabiliyyətinin yüksəldilməsi və onların fiziki inkişafını təmin etmək üçün yoqa dərsləri təşkil olunmuşdur. Qrup halında həftədə 2 dəfə olmaqla təcrübəli və uşaqlarla işləmək bacarığına malik olan mütəxəssis tərəfindən yoqa dərsləri  və meditasiya təşkil olunur. 

Sağlamlığı qorumaq, elastiklik və dözümlülüyü inkişaf etdirmək, diqqəti cəmləmək bacarığı erkən yaşlardan faydalıdır. Kids Academy by British School uşaq bağçasında uşaq yoqası fiziki, fizioloji və psixoloji xüsusiyyətləri nəzərə alaraq gəncin ahəngdar inkişafı üçün şərait yaradan məşğələlər toplusudur.