1.5-6 yaş arası uşaqlar üçün

Kulinariya dərnəkləri

Uşaqlar üçün kulinariya sehrli aləmə bərabərdir. Onlar müxtəlif ərzaqları qarışdırırlar, bişirirlər və nəticədə gözəl və dadlı yeməklər əldə edirlər. Həmçinin belə dərslərdə uşaqlar hər bir vitamin mənbələri haqqında maraqlı məlumatlar da əldə edirlər. Həftədə bir dəfə olmaqla uşaqlara montensorri metodundan istifadə edərək qrup müəllimi və baş şefin iştirakı ilə kulinariya master klassları təşkil olunur.