Biz kimik

Kids Academy by British School 2019-cu ildən Bakı şəhərində

Kids Academy by British School Böyük Britaniyanın erkən yaş təhsili standartlarını Azərbaycana gətirərək 1,5 - 6 yaş aralığında uşaqların hərtərəfli inkişafını dəstəkləyir. Burada uşaqlar oyun vasitəsilə öyrənir, dostluqlar qurur və təhlükəsiz, sevgi dolu mühitdə hər gün inkişaf edirlər.

Bu gün Kids Academy

  • 14qrup
  • 32müəllim
  • 16assistent
  • 14ölkədən ailələr

Məlumat bağçanın sistemindən avtomatik yenilənir

Missiyamız

Hər bir uşağın fərdi potensialını kəşf etmək və inkişaf etdirmək üçün təhlükəsiz, sevgi dolu və maraq oyadan mühit yaratmaq.

İnanırıq ki, erkən uşaqlıq insan həyatının ən vacib inkişaf mərhələsidir.

Necə işləyirik

  1. 1

    Fərdi yanaşma

    Hər uşağın xarakterinə və inkişaf tempinə uyğun plan qururuq.

  2. 2

    Oyunla öyrənmə

    Uşağın təbii marağı və oyun həvəsi əsas tədris vasitəmizdir.

  3. 3

    Açıq ünsiyyət

    Valideynlər uşağın hər gününü mobil tətbiqdə izləyir.

  4. 4

    Sağlam mühit

    Yüksək gigiyena standartları və keyfiyyətli qida.

Niyə Kids Academy

  • British School‑un təcrübəsi

    İngilis məktəb metodologiyasına əsaslanan erkən təhsil proqramı.

  • EYFS çərçivəsi

    Böyük Britaniyanın erkən təhsil standartı: 7 inkişaf sahəsi.

  • Cambridge ingilis bölməsi

    İngilis bölməsi Cambridge Early Years kurikulumu əsasında qurulur.

  • Kiçik qruplar

    Hər qrupda limitli sayda uşaq, 1 müəllim və 2 assistent olur.

  • 24 saat təhlükəsizlik

    Bütün zonalarda kamera və peşəkar mühafizə.

  • Şəffaflıq

    Valideyn tətbiqi ilə uşağın hər günü göz önündədir.

Müxtəlif ölkələrdən ailələr

Uşaqlarımız fərqli ölkələrdən gəlir. Bu, onlar üçün dünyanı erkən yaşda tanımaq imkanıdır.

  • Azərbaycan
  • Türkiyə
  • Rusiya
  • Gürcüstan
  • Birləşmiş Krallıq
  • Pakistan
  • Ukrayna
  • Kanada
  • Slovakiya
  • Fransa
  • Braziliya
  • Qazaxıstan
  • Hindistan
  • Çin

Komandamız

Komandamızda Britaniya təhsil sistemi üzrə ixtisaslaşmış müəllimlər, təcrübəli yerli pedaqoqlar və mütəxəssislər çalışır. Bütün müəllimlər pedaqoji təhsillidir və mütəmadi peşəkar inkişaf təlimlərinə qatılır.

  • 32 müəllim
  • 16 assistent
  1. 2019Kids Academy by British School
  2. Bu günBakıda iki filial: Xətai və Nəsimi