Kids Academy neçə yaşdan uşaq qəbul edir?
Kids Academy 1.5 yaşdan 6 yaşa qədər uşaqları qəbul edir. Yaş qruplarına görə Toddlers (1.5-3), Nursery (3-4), Pre-School (4-5) və Reception (5-6) sinifləri mövcuddur.
Hansı dillərdə tədris aparılır?
Mərkəzimizdə Azərbaycan, İngilis və Rus dillərində paralel tədris proqramları mövcuddur. İngilis dili bölməsi Cambridge kurikulumu əsasında təşkil olunur.
İş saatlarınız necədir?
Bazar ertəsi — Cümə, 08:00 — 19:00. Erkən gəliş (07:30) və gec qalma (19:30) xidmətləri əlavə ödənişlə mümkündür.
Qidalanma necə təşkil olunur?
Peşəkar aşpazlarımız tərəfindən hazırlanan balanslaşdırılmış gündəlik menyu təklif edirik. Menyu pediatr-dietoloq tərəfindən təsdiq olunur. Allergiya və xüsusi qidalanma tələbləri nəzərə alınır.
Təhlükəsizlik necə təmin edilir?
Mərkəzimiz 24 saat mühafizə olunur. Xətai filialında 25, Nəsimi filialında 32 nəzarət kamerası mövcuddur. Valideynlərə bütün kameralardan real vaxt izləmə hüququ verilir.
Müəllimlər hansı kvalifikasiyaya malikdir?
İngilis dili müəllimlərimiz Britaniya Beynəlxalq Məktəbləri Şurası (COBIS) tərəfindən akkreditasiyadan keçib. Bütün müəllimlər pedaqoji təhsilə malikdir və mütəmadi peşəkar inkişaf təlimlərinə qatılırlar.
Neçə filialınız var?
Hazırda 2 filialımız fəaliyyət göstərir: Xətai filialı (Park Azure yaşayış kompleksi) və Nəsimi filialı (Messenat Holding). Hər iki filial müasir infrastruktura malikdir.
Valideynlər tədris prosesinə necə cəlb olunur?
Mütəmadi valideyn-müəllim görüşləri, açıq dərslər, tədbirlərdə iştirak imkanı və mobil tətbiq vasitəsilə gündəlik hesabatlar təmin edilir.
Sınaq günü var mı?
Bəli, qəbul prosesinin bir hissəsi olaraq uşağınız tanışlıq günündə iştirak edə bilər. Bu, həm uşağın, həm valideynin mərkəzlə tanış olması üçün əla fürsətdir.
Hansı əlavə fəaliyyətlər təklif olunur?
Şahmat, rəsm, musiqi, rəqs, idman, kulinariya, robotika və digər yaradıcı fəaliyyətlər mövcuddur. Bəzi fəaliyyətlər əsas proqrama daxildir, bəziləri isə əlavə ödənişlidir.